Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aygün Kazımovanın musiqi irsi yenidən doğulur

Aygün Kazımovanın musiqi irsi yenidən doğulur

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova təqdim edəcəyi musiqi albomu ilə növbəti ilkə imza atmağa hazırlaşır. Belə ki, pop kraliçanın musiqi irsi yenidən doğulur.  

Bu dəfə pop divanın təqdim edəcəyi albomda onun dillər əzbəri olmuş hit mahnıları müxtəlif sənət yoldaşları tərəfindən yeni tərzdə ifa olunacaq.  

Artıq məlum olub ki, albomda yer alacaq ifaçılardan biri də tanınmış müğənni Gülay Zeynallıdır.  

Bu haqda Gülay sosial şəbəkə hesabında paylaşım edib.     

Zeynallı Kazımovanın musiqi tariximizin incilərindən biri hesab olunan, 30 ildən çoxdur sevilən şah əsərlərindən “İtkin gəlin” mahnısına yeni nəfəs verdiyi məlum olub.   

Qeyd edək ki, 1994-cü ildə ifa olunan bu duyğusal kompazisiya bu gün də öz aktuallığını qoruyub saxlayan nadir əsərlərdən biridir. Mahnının musiqisi bəstəkar Cavanşir Quliyevə, sözləri isə şair Əlibaba Hacızadəyə məxsusdur.