Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə

"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə

Əməkdar artist Sevda Ələkbərzadə 27 il sonra sevənlərinin qarşısına çıxıb. Tamaşaçıları musiqi seyrinə götürən konsert proqramı “Sən yadıma düşəndə” adlandırıb.


Bakı Konqres Mərkəzində keçirilən tədbirdə sənətçi sevilən hitləri səsləndirilib və pərəstişkarlarına unudulmaz axşam bəxş edib. Müğənni, konsertin may ayının 10-da keçirilməsinin təsadüfi olmadığını deyib və proqramı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə bir töhfə kimi dəyərləndirib. Eyni zamanda S.Ələkbərzadə  konsert proqramını 34 illik yaradıcılığına səyahət kimi də xarakterizə edib.   

Qeyd edək ki, “Sən yadıma düşəndə” adlı konsert proqramının musiqi rəhbəri pianoçu-bəstəkar Muxtar Abseynov idi.