
İllərdir küsülü olan sənətçilər – Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova – övladları ilə birlikdə eyni məclisdə görüntüləniblər.
Sənətçilər prodüser və aparıcı Tarix Əliyevin qızı Milananın 40 mərasiminə qatılıblar. Şəbnəm Tovuzlu məclisə oğlu ilə, Vəfa Şərifova isə qızı ilə birlikdə gəlib.
Küsülü olmalarına baxmayaraq, sənətçilər məclisdə bir-birini görməzdən gəliblər. Maraqlıdır ki, onlar bir-birinin övladına qarşı əks münasibət sərgiləyiblər – uşaqları sevib, öpüb, əzizləyiblər.
Həmin diqqətçəkən kadrlar Kanal S-də yayımlanan “Xəbərin var?” verilişində təqdim olunub.