
Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov axtarışa verilib.
Bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, bloger çirkli pulların yuyulmasına görə axtarışa verilib. Əgər onun təqsiri sübut olunarsa, blogeri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
İşin materialları 2025-ci il 23 aprel tarixində Çertanovski məhkəməsinə təqdim olunub və qiyabi həbs qərarı çıxarılıb.
