
Aparıcı Xoşqədəm Hidayətqızı 40 gün əvvəl vəfat edən anası Ofeliya Baxşəliyeva ilə bağlı paylaşım edib.
Anasının arxiv görüntülərini paylaşan aparıcı bunları yazıb:
"Anacan, sənsizliyimin 40 günü tamam olur. Yenə də qonaqların gələcək. Onlara sənin yoxluğunu göstərməmək üçün əlimdən gələni edəcəyəm. Amma nə etsəm də mən sən ola bilməyəcəyəm. Gözəl anam, sənsiz 40 gün 40 ilə bərabər oldu. Atam sənsizliyə dözə bilmir. Hər günümüz, hər anımız səninlə bağlıdır. Uşaqlıqdan sənsizliyi düşünəndə dəli olurdum, elə bilirdim ki, sən olmasan ölərəm. Amma… Mən sənsiz ölmədim, məni bağışla".
Qeyd edək ki, X.Hidayətqızının anası uzun sürən xəstəlikdən vəfat edib.