Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Təyyarədə siqaret çəkməsi qalmaqala səbəb oldu

Təyyarədə siqaret çəkməsi qalmaqala səbəb oldu

43 yaşlı pop ulduzu Britni Spirs yenə qalmaqalla gündəmə gəlib. 

“Qafqazinfo” TMZ nəşrinə istinadən xəbər verir ki, müğənni bu dəfə Meksikanın Kabo San Lukas şəhərindən Los-Ancelesə uçarkən təyyarədə siqaret çəkib. 

Hadisə şəxsi təyyarənin göyərtəsində baş verib. Mənbələrin bildirdiyinə görə, narahat olan stüardessalar Spirsdən siqaretini dərhal söndürməsini istəyiblər. Şəxsi uçuşlarda siqaret çəkmə qaydaları təyyarənin sahibindən asılı olsa da, müğənninin davranışı ekipaj üzvlərinin narahatlığına səbəb olub.

Britni tələbləri yerinə yetirsə də, yenə “çətin sərnişin” kimi xarakterizə edilib. Los-Ancelesə endikdən sonra pop ulduza ABŞ Gömrük Xidmətinin əməkdaşı tərəfindən xəbərdarlıq edilib.