Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı rejissor Kannda ən yüksək mükafata layiq görüldü - TARİXİ UĞUR - FOTOLAR

Azərbaycanlı rejissor Kannda ən yüksək mükafata layiq görüldü - TARİXİ UĞUR - FOTOLAR

Azərbaycanlı rejissor Cəfər Pənahi  Fransada keçirilən nüfuzlu Kann Film Festivalında ən yüksək mükafata – Qızıl Palma budağına (Palme d’Or) layiq görülüb.

SHOWNEWS.AZ xəbər verir ki, o,  bu mükafatı “It Was Just an Accident” (“Sadəcə bir təsadüf idi”) adlı filmi ilə qazanıb. Bu, onun yaradıcılığının zirvəsi kimi dəyərləndirilir və dünya kino tənqidçiləri tərəfindən ayaqda alqışlanıb.

 

Film, keçmiş məhbusların onları işgəncə etmiş bir şəxslə təsadüfən qarşılaşmasından sonra başlayan dramatik hadisələri əks etdirir. Əsər siyasi ədalətsizlik, intiqam və insan mənəviyyatının sərhədlərini araşdırır.

 

Qeyd edək ki, Cəfər Pənahi İranın Şərqi Azərbaycan vilayətində, Miyana şəhərində anadan olub və Azərbaycan türkcəsində danışan ailədə böyüyüb. Uzun illərdir İran rejiminin təzyiqləri altında fəaliyyət göstərməsinə baxmayaraq, dünya kinosunda səsini duyurmağı bacarıb. 2022-ci ildə siyasi həmrəyliyinə görə həbs olunmuş, 2023-cü ildə isə aclıq aksiyası nəticəsində azadlığa çıxmışdı.

 

Bu ilki festivalda Pənahinin qələbəsi sadəcə sənət nailiyyəti deyil, həm də söz azadlığı və iradə rəmzi kimi qiymətləndirilir.