Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elvinin klipində ehtiras dolu anlar, öpüşmə və… 3 GÜNƏ TRENDDƏ! - VİDEO

Müğənni Elvin Babazadənin yeni təqdim etdiyi "Şah & Mat" adlı yeni klipi 3 günə trendə düşüb.
Elvinin klipində ehtiras dolu anlar,  öpüşmə və… 3 GÜNƏ TRENDDƏ! - VİDEO


 

Müğənni Elvin Babazadə sənət yolunda yeni və cəsarətli bir addım ataraq, “Şah və Mat” adlı klipini təqdim edib. Klip yayımlandığı gündən etibarən sosial şəbəkələrdə və YouTube-da böyük maraq doğurub. Elə buna görə də yalnız 3 gün ərzində trend siyahısına düşərək Elvinin fanatları və musiqisevərlər arasında geniş rezonans yaradıb.

 

İspan mədəniyyətindən ilhamlanan klip, həm musiqi, həm də vizual baxımdan fərqlənir. Klipdə ispan rəqsi elementləri, ehtiraslı hərəkətlər və rəngarəng abu-hava hiss olunur. Xüsusilə də Elvinin mahnıda ispan dilində qısa bir parça ifa etməsi, izləyicilər tərəfindən bəyənilib və maraqla qarşılanıb.

 

Mahnının sözləri Rəşad Siranova, musiqisi isə Fərid Ağaya məxsusdur. “Şah və Mat”ın melodiyası və aranjimanı dinləyiciləri bir anda ispan sevgi hekayəsinin içərisinə çəkir.

 

Klipin ən çox müzakirə edilən anı Elvin Babazadənin rəqs etdiyi xanımla ehtiraslı öpüş səhnəsi olub. Bu cəsarətli addım klipə əlavə emosiaya qatıb və sosial mediada geniş müzakirələrə səbəb olub. 

Qeyd edək ki, ekran işinin rejissoru Hüseyn Əliyevdir.