
Duztökmə hərəkətiylə dünyada "Salt Bae" kimi tanınan türkiyəli aşpaz Nüsrət Gökçe UEFA-nın Çempionlar Liqasının finalından sonra Münhendə təşkil etdiyi ziyafətə dəvətsiz girməyə çalışıb.
Axşam.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb. Belə ki, aşpaz tədbirə buraxılmayıb.
Bu zaman Nüsrəti müşayiət edən şəxslə məkanın mühafizəçisi arasında mübahisə yaranıb, onlar bir-birilərini itələyiblər.
Nüsrət hadisə ilə bağlı sosial media hesabında açıqlama yayıb:
"Sosial şəbəkələrdə yayılan "Nüsrət qovuldu” xəbəri həqiqətə uyğun deyil. Əslində orada heç bir şənlik təşkil olmayıb. Mən heç bir məclisə getmirdim. Məclisə buraxılmamağımla bağlı çıxan xəbərlərinin hamısı yalandır".
Qeyd edək ki, N.Gökçe 2022-ci il dünya çempionatının final oyunundan sonra meydana icazəsiz daxil olaraqn, Argentina millisinin futbolçuları və Lionel Messi ilə şəkil çəkdirib. Onun davranışı kəskin tənqidlərə səbəb olub, FİFA isə aşpazın bunun icazəsi olmadığını açıqlayıb. Nüsrət o vaxtdan bəri rəsmi futbol tədbirlərinə dəvət almayıb.