Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəvan Qarayevdən tamaşaçılara və televiziyaya hörmətsizlik

Rəvan Qarayevdən tamaşaçılara və televiziyaya hörmətsizlik

Bəzən sənət adamları efirə çıxmadan da “şou” edə bilirlər. Amma bu bir qədər ucuz alınır...

Kanal S-də yayımlanan “Mikayıl ilə 5 Gün” verilişinə dəvət olunmuş müğənni Rəvan Qarayev proqramda iştirak edəcəyini şəxsən təsdiqləsə də, gün boyu anonslar yayımlansa da, heç bir xəbərdarlıq etmədən efirə gəlməyib.

 

Əvvəlcədən anonsu verilmiş bir proqrama qarşı belə məsuliyyətsiz yanaşma ilk növbədə tamaşaçılara hörmətsizlikdir. 

 

Efirdə olmaq məsuliyyətdir. Verilən söz, yayımlanan anons və yaradılan gözlənti ciddi yanaşma tələb edir. 

 

Kanal S və “Mikayıl ilə 5 Gün” komandası olaraq tamaşaçılarımıza olan hörməti hər şeydən üstün tuturuq və bütün tamaşaçılardan üzr istəyirik. Gələcəkdə belə halların təkrarlanmaması üçün qonaqlarla münasibətlərimizdə daha prinsipial olacağımızı bildiririk.

 

Verilişin aparıcısı Mikayıl Güləddinoğlu da məsələ ilə bağlı açıqlama verib:

 

“Rəvan Qarayev iştirak edəcəyini özü demişdi. Anonslar yayımlandı, tamaşaçılar gözlədi, amma nə gəldi, nə də xəbər verdi. Dəfələrlə zəng etdik, cavab vermədi. Yalnız proqramın sonlarına yaxın prodüserə zəng edib ‘problemim var, gələ bilmirəm’ dedi. Sonradan öyrəndik ki, Zaqatalada istirahətdə imiş. Görünür, sözünü tutmaq əvəzinə istirahəti üstün tutub. Bu, açıq şəkildə tamaşaçıya və verilişə hörmətsizlikdir.”