Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Sən özgə bəxti, özgə taleyi… Mən səni sevməməli idim” - Ayan

“Sən özgə bəxti, özgə taleyi… Mən səni sevməməli idim” - Ayan

Müğənni Ayan Babakişiyeva sosial şəbəkədə yasaq sevgidən yazıb.

Axşam.az xəbər verir ki, sənətçi "Sevməməliydim" adlı yeni mahnısından bir hissəni izləyiciləri ilə bölüşürək bunları qeyd edib:

"Bu mahnını 3 il əvvəl oxudum, heç cür hazır deyildim ifaya. Çünkü hönkürtü və hayqıraraq demək istədiklərimi çatdırmaq istəyirdim. Sanki, tarixçəsi çox ağır idi.

Əslində bəlkə də yasaq olan hər şey maraqlı və cəlbedici olur. Ona nail olursan və bir anda nə qədər yanlış olduğunu dərk edirsən. Əlçatmaz, yasaq sevgilər kənardan şirin görünsə də, bir o qədər can yaxandı.

Artıq hazıram və payızda bu əsəri təqdim edəcəyəm".