Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Uşağım o sözləri yazmayıb, amma ünvanıma yazdığı təhqirlərə görə mən onu məhkəməyə verəcəm” - NƏRMİNDƏN CAVAB

“Yalandır. Mənim övladım o sözləri yazmayıb. Həmin nalayiq ifadələr və qeyri-etik şəkillər orada əvvəldən olub. Övladım onları örtmək, gizlətmək istəyib. Əgər belə deyilsə, buyursun, sübut etsin. Amma dediklərini sübut edə bilməyəcək.”
“Uşağım o sözləri yazmayıb, amma ünvanıma yazdığı təhqirlərə görə mən onu məhkəməyə verəcəm” - NƏRMİNDƏN CAVAB

Bu sözlərlə müğənni Nərmin Kərimbəyova SHOWNEWS.AZ-a açıqlamasında fotoqraf Kelvin Qasımovun ittihamlarına cavab verib. Sənətçi bildirib ki, özü də fotoqrafı məhkəməyə verəcək:

 

“Mənim ünvanıma nalayiq ifadələr yazıb, övladıma isə psixoloji təzyiq göstərib. ‘Anasının yollarını balası gedir’ – bu nə deməkdir? ‘Adam eşşək olmaz, məktəbə kimi gedəcəm’ – bu hansı təzyiq metodudur? 11 yaşlı qız uşağının üstünə bu cür gəlmək olarmı? Hətta ‘gələcəyin potensial cinayətkarı’ deyə yazıb. Mən də ana kimi bu sözləri cavabsız qoymayacağam. Elə bu ifadələrə görə onu məhkəməyə verəcəyəm. Kim nə edibsə, qanun qarşısında cavab versin.”

 

Nərmin Kərimbəyova əlavə edib ki, onun adından yayılan bəzi fikirlər də həqiqəti əks etdirmir:

 

“Guya demişəm ki, ‘uşağım əcəb edib’. Bu, tamamilə yalandır. Heç aramızda danışıq olmayıb – nə telefonla, nə də üz-üzə görüşmüşük. Bu ifadə uydurmadır. Övladımın 11 yaşı var, rəfiqəsi ilə birlikdə olub. Rəsmlə maraqlanır, qraffitiyə sevgisi var. Mənə dedi ki, ‘ana, orada köhnə, içi boş bir avtobus var, üstündə nalayiq sözlər yazılıb, biz onları örtmək istəyirik’. Mən də görmədiyim üçün dedim: ‘Doğrudan?’ Cavab verdi: ‘Bəli, çoxlu yazılar var, biz üstünü boyayırıq’. Mən də düşündüm ki, uşaqdırlar, nəsə yazılıb, onu bağlamaq istəyirlər. Sonra gəlib dedi ki, artıq boyayıblar. Ardınca polis qapımızı döydü, uşaqla danışmaq istədilər. Qızım onlara da eyni sözləri dedi – rəsmlə məşğul olduqlarını, nalayiq sözləri örtmək istədiklərini. Soruşublar ki, içəri girib, maşına zərər yetiribsən? O da deyib ki, xeyr, sadəcə şəkil çəkmişəm. Polis deyib ki, ərizə yazmaq lazımdır. Mən də məsələni ciddi qəbul etməyərək, qarşı tərəfi tanımadan məsələni uşağın atasına həvalə etdim. Fikirləşdim ki, bu, kişi məsələsidir, danışıb razılaşarlar. Onlar da gedib bölmədə danışıblar. Bəzən elə olur ki, sən maşını vurursan, amma sahibi əvvəlki zədələri də sənin üstünə yıxır. Uşağın atası dedi ki, qızımıza güvənirəm, nə etdiyini bilir. Gedək, maşının sahibi ilə danışaq. Onlar arasında nə söhbət olub, bilmirəm. Amma o şəxs mənimlə heç bir əlaqə saxlamayıb. Mənim adımdan yayılan sözlər də həqiqətə uyğun deyil. Əgər övladımın bu işdə hər hansı təqsiri varsa, onu həll etməyə hazırıq.”