
Daha sonra minifutbolçularımızın dünya çempionluğu açıq havada təşkil olunan konsertlə qeyd edilib. Konsertdə xüsusi qonaqlar arasında Mərdan Kazımov da yer alıb. O, tamaşaçıların alqışları ilə sevilən mahnılarını səsləndirib. Sənətçi sonda özəl olaraq milli komandamıza həsr olunan “Zəfər meydanı” adlı mahnısını ifa edib.




