Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yay havası, sevgi xəyalları və təbiətin gözəlliyi – Samirənin “Sevgi nağılı” - VİDEO

Yay havası, sevgi xəyalları və təbiətin gözəlliyi – Samirənin “Sevgi nağılı” - VİDEO

Multijanrlı ifaçı Samirə Rəcəbli “Sevgi nağıldır” adlı yeni mahnısını klipi ilə birgə dinləyicilərin ixtiyarına verib.  

Yay ab-havası seçilən klip Azərbaycanın dilbər guşələrindən biri olan Astarada — Sım şəlaləsi ətrafında lentə alınıb. Təbii mənzərələr və musiqinin harmoniyası klipə xüsusi estetik gözəllik qatır.   

Caz janrında ifaları ilə tanınan sənətçi bu dəfə dinamik və melodik mahnı ilə sevənlərinin qarşısına çıxıb. Müğənni fərqli janra keçidini belə izah edib:

  “Mən multijanrlı ifaçıyam. Hər janrda mahnı ifa edə bilirəm. İstədim repertuarımda belə mahnı da olsun. Çünki bu tərzdə musiqilərə doğum günlərində, toy məclislərində böyük tələbat var.”   Klipin rejissoru Nail Naiboğludur. Bu, onun Samirə Rəcəbli ilə əməkdaşlıq etdiyi sayca 10-cu layihədir.  

Mahnının musiqisi Aynur Adilqızına, sözləri Səadət Qəribə, aranjiman isə Taleh Ağayeva məxsusdur.