Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Toyxanaları islah edərək toy mərasiminə çevirəcək müğənni Aygün Kazımovadır” - VİDEO

“Toyxanaları islah edərək toy mərasiminə çevirəcək müğənni Aygün Kazımovadır” - VİDEO

Həmid Hərisçi: “Aygün Kazımova toyxanalarda islahat edə biləcək yeganə sənətçidir”

 

Yazıçı və publisist Həmid Hərisçi Real FM radiosunun sevilən proqramı “Realda mən” verilişində qonaq olub. Söhbət zamanı o, Azərbaycan musiqi məkanındakı dəyişikliklər və ənənəvi toy mədəniyyəti haqqında fikirlərini bölüşüb.

 

Həmid Hərisçi bildirib ki, bu gün toyxanalarda musiqi zövqünü dəyişə, müəyyən islahatlara səbəb ola biləcək tək sənətçi Aygün Kazımovadır:

“Aygün Kazımova toyda oxuyanda, lülə yaddan çıxır. O səhnəyə çıxanda hamı onu izləyir, zövq alır, musiqi ilə nəfəs alır. Bu, hər müğənniyə nəsib olmur,” – deyə yazıçı vurğulayıb.

 

Həmid Hərisçinin fikrincə, Aygün Kazımova sadəcə səhnə ifaçısı deyil, həm də insanların toylara baxışını dəyişdirə biləcək gücə sahib olan bir fenomendir. Onun sənətə yanaşması, performansı və illərlə qoruduğu fərqliliyi onu bu sahədə digər ifaçılardan ayırır.