"Sefirin kızı" serialında Neslihan Atagülün yerinə gələn aktrisa Tuba Büyüküstün yeni reklama çəkilib.
SHOWNEWS.AZ xəbər verir ki, aktrisa keks markalarının biri üçün rol aldığı 25 saniyəlik videoçarxa görə 750 min lirə (təxminən 170 min 775 manat) qonorar alıb.
Qeyd edək ki, Tuba Büyüküstün sözügedən serialda aktyor Engin Akyüreklə baş rolları paylaşacaq.