Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Yolunu azmışlar sosial şəbəkələrdədir" - Afaq Bəşirqızı

"Yolunu azmışlar sosial şəbəkələrdədir" - Afaq Bəşirqızı

"Qadın evin həm xanımı, həm də qulluqçusudur. Həm də həyat yoldaşının doğmalığını təsdiq edəndir. Həyat oldaşı "doğma" deməkdir. Qadın nümunədir. Bu adı qazanmaq çətindir. Əsl qadın adını qazanana qadın deyirlər. Təəssüf ki, bu cür qadınlara həsrətik".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "1 AZTV"də qonaq olarkən deyib. Aktrisa qadınlardan danışıb:

"Heç bir qadın xoşlamır ki, ona "kişi kimi qadın" desinlər. Qadın bəzənir, səliqəli geyinir, gözəl ətir vurur ki, desinlər, necə gözəl səliqəsi, abırı var. Zəmanə bunu tələb edir. İncəsənət aləmində özünü elə aparmalısan ki, artıq-əskik nəsə deməsinlər. Biz kimlərəsə nümunəyik. Gənclər bizdən götürür. Bizdə də yolunu azmışlar var, söz deyə bilmirik. Amma gələcəyimiz, millətin naminə deməliyik. Bu, olmamalıdır. 

Bunlar əsasən sosial şəbəkələrdədir. Kişi qızısansa öz adınla, soyadınla ora çıx. Bir ara sosial şəbəkənin qəhrəmanı idim, bilən də, bilməyən də yazırdı. Əvvəl qəribə gəlirdi, sonra gördüm mübarizə etmək lazım deyil. Fərəylə xoruzu ayıra bilmirlərsə, baş qoşmalı deyilsən".