
Bir neçə azərbaycanlı məşhur Rusiyanın telekanallarını protesto edib.
Müğənni-bəstəkar Murad Arif sosial media hesabında bunları yazıb:
“Azərbaycan ərazisində yayımlanan bütün KABEL tvlərə səslənirəm! Çox hörmətli, Katv, Ailə TV, CityNet, B&B, Connect, Uninet, ATV+ və başqaları! Xalqımızı təhdid edən və alçaldan kanalları yayımlamayın! Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyəcanına hesablanıb! Onlar bilməlidir ki, biz, əhali olaraq baxmırıq”.
Daha sonra aparıcı-prodüser Tarix Əliyev instaqramda bunları yazıb:
“Azərbaycan ərazisində yayımlanan bütün KABEL tvlərə səslənirəm. Azərbaycanı soyan rus kanallarını yayımlamayın. Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyacanına hesablanıb! Onlar bilməlidir ki, biz, əhali olaraq baxmırıq”!!