Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sobçak Yekaterinburqda 2 azərbaycanlının öldürülməsi və keçirilən reyddən yazdı

Sobçak Yekaterinburqda 2 azərbaycanlının öldürülməsi və keçirilən reyddən yazdı

Rusiyalı jurnalist Kseniya Sobçak təhlükəsizlik qüvvələrinin Yekaterinburqda keçirdiyi reydi və iki azərbaycanlının öldürülməsi nəticəsində ölkələr arasında gərginləşən münasibətləri şərh edib.

AZƏRTAC yazır ki, o, bu barədə teleqram kanalında yazıb. 

Sobçak Azərbaycan mediasında mərhumların meyitlərinin ekspertizası zamanı demək olar ki, bədənlərində salamat yer qalmayan görüntülərə diqqət çəkib. O, eyni zamanda xatırladıb ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Səfərov qardaşlarından birinin ölümünün səbəbi kimi rəsmən ürək çatışmazlığını göstərir.

Sobçak vurğulayıb ki, şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir:

“Bu, işgəncələrə bəraət qazandıra bilməz. Onların hansı millətdən olmasının, hansı vətəndaşlığa sahib olmasının və ya nədə təqsirləndirilməsinin fərqi yoxdur”.

Jurnalistin sözlərinə görə, ayrı-ayrı hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri beynəlxalq qalmaqala səbəb olub:

“Sonra da təəcüblənəcəyik ki, niyə bizi orda sevmirlər, niyə bizi saxlayırlar… Ona görə ki, kimlərsə özlərini cəzasız qalacağına bərk inandırıb”.