Bu gün "Xəzər" telekanalında yayımlanan "Hər şey daxil" verilişinin aparıcısı prodüser Tolikin küsülü olduğu müğənni Roza Zərgərlinin doğum gününü təbrik etməsi iki məşhur arasında uzun müddətdir davam edən soyuq münasibəti istiləşdirib. Prodüserin "Kimlərəsə görə Roza ilə düşmən oldum" deməsinə bəzi məqamları ortalığa çıxardı.
Bu haqda SHOWNEWS.AZ-a danışan Roza Zərgərli də prodüserə cavab verib:
"Mən səni heç vaxt Toliki özümə düşmən hesab etməmişəm. Bizim hər ikimizin yaradıcılıq təcrübəmiz 20 ilə söykənir. Həyatda hər kəs gəldi-gedərdir. Mən etdiklərimi halal edirəm və buraxıram. Qanmaz onsuz da qanmazdır. Bizə isə səbr yaraşar. Kim nə edirsə, özünə edir".