Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mənzurə ailə qurmağa hazırlaşır - “Evlilik alınsa toy yox, yığıncaq olacaq”

Mənzurə  ailə qurmağa hazırlaşır - “Evlilik alınsa toy yox, yığıncaq olacaq”

Müğənni Mənzurə Musayeva ailə qurmağa hazırlaşır.

Bu barədə “Qaynarinfo”ya danışan sənətçi ona evlilik təklifinin həmkarından gəldiyini deyib.

“Müğənnidir, təklif etdi ki, ki, gəl ailə quraq. Mən də yox demədim, fikirləşirəm. Düzü, bir az tərəddüd edirəm, alınar-alınmaz, yaxşı olar, yoxsa pis... Qarşıda hələ iki ay var, Məhərrəmlik bitsin, sonra görüşüb qərar verəcəyik, hələ tezdir. Deyir “toy edək”, deyirəm nə toy? Bu mənlik deyil. Toy bir dəfə olar. Əgər evlilik alınsa, yığıncaq olacaq”, -deyə M.Musayeva bildirib. 

Qeyd edək ki, Mənzurə Musayeva 19 yaşında ailə qurub, onların 7 il övladları olmayıb. Sənətçi açıqlamalarında məhz bu səbəbdən boşandığını qeyd edib.