
Xalq artisti Alim Qasımov rep deməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.
Xanəndə Xətai rayonunda “Əkinçi” qəzetinin yaranmasının illiyinə həsr olunmuş tədbirdə OLAY-a danışıb.
Muğam ifaçısı deyib ki, rep dediyi videoların paylaşılmasından xəbəri olmayıb:
“Mənim ondan xəbərim yoxdur. Kim yazıb pozur, onlarla işim yoxdur. Studiyaya getmişdim, “mırt vurmuşam”, o da paylaşılıb. Eybi yoxdur. Hər şey zarafatla başlayır, gerçəyə dönür”.