Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aygün Kazımovanın meqa layihəsində TÜNZALƏ AĞAYEVA SÜRPRİZİ

Aygün Kazımovanın meqa layihəsində TÜNZALƏ AĞAYEVA SÜRPRİZİ

Xalq artisti Aygün Kazımovanın estrada aləmində daha bir yenilik olacaq albomu üzərində hazırlıq işləri davam edir.

Pop kraliçanın təqdim edəcəyi albomda dinləyicilər onun mahnılarını estradamızın tanınmış simalarının ifalarında dinləyəcəklər. Məşhurlar ölkənin əsas ulduzunun 38 illik yaradıcılığında oxuduğu ən hit mahnıları səsləndiriblər. 

Albomda yer alan daha bir ifaçının adı açıqlanıb. Xalq artisti Tünzalə Ağayeva Divanın sevilən mahnılarından birini oxuyub. Tünzalə bəstəni özünəməxsus formada səsləndirib. Mahnının adı isə sürpriz saxlanılır. 

Qeyd edək ki, albomda 30-a yaxın sənətçi yer alıb. Onlar arasında Xalq, Əməkdar artistlər, gənc ifaçılar var. Onlar Aygün Kazımovanın yaradıcılığının müxtəlif illərinə məxsus olan hitləri səsləndiriblər. 

Müğənnilərdən İradə İbrahimova Kazımova repertuarından iki mahnı oxuyub və albomuna da daxil edib.