Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Keçmiş həyat yoldaşı Özcan Denizi MƏHKƏMƏYƏ VERİR

Keçmiş həyat yoldaşı Özcan Denizi MƏHKƏMƏYƏ VERİR

Müğənni- aktyor Özcan Dəniz iki il əvvəl boşandığı xanımı Feyza Aktan tərəfindən məhkəməyə verilib.

SHOWNEWS.AZ xəbər verir ki, o, qəsdən yaralama, azadlıqdan məhrum etmə, təhqir, təhdid və ev toxunulmazlığını pozmaqda ittiham olunur.

İstanbul Baş Prokurorluğuna təqdim olunan şikayət ərizəsində bildirilir:

“Feyza Aktan hamilə olduğu dövrdə Özcan Dəniz nikahdan əvvəl evlilik müqaviləsi hazırladı. Müqavilədə Aktanın evlilik ittifaqında ortaya çıxacaq olan bütün hüquqlarından imtina etməsi və tələb etməməsi kimi müddəalar var idi. 2018-ci il yanvarın 25-də Özcan Dənizin Feyzanı keçmiş sevgilisi Buse Narcı ilə aldatması barədə xəbərlər çıxdı. Aktan evi tərk etdi, lakin Ö. Dəniz təhdidlərlə onu evə qaytardı, bağlı qapılar arxasında saxladı. Müğənni xilas olmaq istəyən Feyzaya sillə vurdu, döydü, başını divara çırpdı. Hamilə olan Feyzanı yerdə sürüdü. “Qardaşımdan silah alıb ikimizi də öldürəcəm” deyərək uzaqlaşdı”.

Ərizədəki iddialara görə, müqavilədən imtina edən Özcan Dəniz hər şeyin yaxşı olacağını vəd edərək Feyza Aktan ilə evlənib. Uşaq dünyaya gəldikdən sonra yenidən nikah müqaviləsini gündəmə gətirən Dəniz arvadına təzyiq edib.

Feyza Aktan övladını və ailəsini nəzərə alaraq bu müqaviləni imzalamalı olub. Aktan Almaniyada tətildə olarkən Dəniz bir qadınla mesajlaşıb və aralarında mübahisə başlayıb. Müraciətdə Dənizin hələ də şiddət göstərdiyi və “polisə müraciət etsəz, üzünə siqaret basacam” deyərək təhdid etdiyi qeyd olunub. 

Prokurorluğa təqdim olunan şikayətdə Feyza Aktan Özcan Dənizin qardaşı Ercan Dənizin də evinə basqın etdiyini iddia edib:

“Feyza Ercan Dəniz tərəfindən ölümlə təhdid olunub. Təhdidlərə tab gətirə bilməyən Aktan döyülməyi barədə sənədləri və fotoları ona verib. Daha sonra Dəniz onu “uşağın qəyyumluğunu atasına verirəm” yazılan sənədi imzalamağa məcbur edib. Aktanın təhlükəsizliyi üçün lazımi tədbirlərin görülməsini istəyirik”.

Prokurorun istintaqı davam edərkən Feyza Aktan Özcan Dəniz və qardaşı Ercan Dənizdən özünün hüququ cəhətdən qorunmasını istəyib. Məhkəmə ikisinin Feyza Aktana 1 ay yaxınlaşmamasına qərar verib. 1 aylıq ehtiyat müddəti bitdikdən sonra Aktan yenidən məhkəməyə müraciət edib. Məhkəmə daha bir ay müddətinə qərar verib.

 

Qafqazinfo