Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aygün Kazımova klipində Günay Musayevanın sevişmə səhnələri… - VİDEO

Aygün Kazımova klipində Günay Musayevanın sevişmə səhnələri… - VİDEO

Heyranlarını hər zaman təəccübləndirməyi bacaran Xalq artisti Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalıb.  

Pop diva heç bir anons vermədən “Rəqs” adlı klub tərzindəki yeni mahnısını və ona hazırlatdırdığı klipi rəsmi yutub kanalında təqdim edib.  

Ölkənin əsas ulduzu yeni ifasına fərqli ekran işi ilə həyat verib. Maraqlıdır ki, bu dəfə klipdə Aygün Kazımova özü yer almayıb. Klipdə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və kolumbiyalı model Luis Servantes çəkiliblər.   

Cütlük ekran işində cəsarətli səhnələri ilə diqqət çəkib. Əvvəlcə şəhərdə gəzintidə görünən “sevgililər”, klipin sonunda hamamda duşun altında ehtiraslı anlarla izləyicilərin qarşısına çıxıblar.  

Mahnının söz və musiqisi Zamiq Əliyevə (YAP10) məxsusdur. Klipin rejissoru isə son illərdə Aygün Kazımovanın bütün ekran işlərinə imza atan Selim Akardır.