
1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın şikayətinə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi indilərdə qərarını açıqlayıb.
Müğənninin vəkili Hikmət Əliyev birinci instansiya qərarının ləğv edilməsini, müvəkkilinin sərbəst buraxılmasını istəyib.
Məhkəmə cinayətin ağırlığını, dəymiş ziyanın ödənilməməsini, ən əsası istintaqın yeni başlamasını nəzərə alıb. Nəticədə apellyasiya şikayəti təmin edilməyərək, Rəqsanənin həbsinin davamına qərar verilib.