
İnfluenser Nagehan Abdullayeva keçmiş həyat yoldaşı Fərid Abdullayevlə bağlı paylaşım edib.
OLAY yazır ki, Nagehan instaqramda izləyicisinin “Fəridlə ayrıldınız” sualına eks-əri ilə övladlarının fotosunu və qayınanası ilə yazışmasını paylaşaraq cavab verib:
“Ayrılsaq da, bərabərik, 2 dənə gül kimi uşağımız var. Onlar üçün hər zaman birlikdə olacağıq. Biz ailə olaraq heç nə itirməmişik, çox şükür”.
Nagehan daha sonra “Evli, yoxsa subay” sualını cavablandırıb:
“Allah evli olanları çox xoşbəxt etsin. Evlilik dünyanın ən gözəl duyğusudur, xüsusilə də uşaqlar varsa. İnanın, subaylıq mənlik deyil. Əgər çox böyük problemləriniz yoxdursa, əsla boşanmağı düşünməyin”.