
Həyatını itirən fenomen Nihal və Bahar Candanların atası həkim Hakan Candan televiziya proqramında qonaq olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Nihal Candanın vəfatından sonra ilk dəfə yaşadıqlarından danışıb.
Hakan Candan digər qızı Bahar Candanın da həyatından narahat olduğunu bildirib:
"Övladlarım çox tərbiyəli idilər, amma şöhrətin təsiri ilə dəyişdilər. Onların həmin moda proqramında iştirak etdiklərini bilmirdim. Xəbərim olsaydı, qətiyyən icazə verməzdim və müdaxilə edərdim. Amma müqavilələr artıq imzalanmışdı. Anaları mənim kimi övladlarının qarşısında dayana bilməyib hər şeyə "hə” deyirdi.
Mən o verilişlərə baxanda dəhşətə gəldim, reytinq xatirinə dəhşətli səhnə yaradırdılar. Mənə dedilər ki, bu, "realiti şou”dur. Orada zorakılıq var idi. O rəqabət həyatımıza daxil olana qədər normal bir ailə idik. Övladlarımı indi tanıya bilmirəm, yarışma bizim həyatımızı məhv etdi. Onların anasını tərk etməyimin səbəbi uşaqlarla bağlı fikir ayrılığımız idi. İndi qorxuram ki, qızım Bahar da eyni aqibəti yaşayar".