
Televiziya aparıcısı Nigar Fərhadın həyatı gözlənilmədən böyük bir fırtınaya çevrilib. O, qısa zaman ərzində ard-arda aldığı ağır xəbərlə sarsılıb.
Əvvəlcə anasında xərçəng xəstəliyinin aşkarlanması Nigarın ailəsini dərindən sarsıdıb. Aparıcı bütün gücünü anasının sağalmasına həsr etdiyi bir vaxtda daha dəhşətli xəbər alıb – onun özündə də şiş aşkarlanıb.
Ürək ağrıdan bu xəbərlə bağlı danışan Nigar kövrək sözlər deyib:
“Anamda xərçəng aşkarlandı. Bu xəbər ailəmizi çökdürdü. Müalicələrə başlamışıq. Bütün fikrim anamın xəstəliyində ikən məndə də şiş tapıldı. Çətin günlər yaşayırıq. Amma bir onu bilirəm ki, anam üçün yaşamalıyam.”
Aparıcı həm öz müalicəsi, həm də anasının sağlamlığı uğrunda mübarizə aparır. Onun sözləri gücün və ümidin simvoluna çevrilib.