
Tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu və xanımı Aysel İbrahimova tələbə adını qazanıb.
Bu haqda musiqiçi sosial şəbəkədə paylaşım edib:
“Bu gün evimizdə əməlli bayramdır. Aysel xanımın doğum günü və hər ikimizin yenidən tələbə adını qazanmağımız.
Deməli belə, Aysel ikinci təhsil olaraq Azərbaycan Milli Konservatoriyasının Milli Vokal ,mən isə Azərbaycan Dillər Universitrtinin Beynəlxalq Munasibətlər Fakultəsinə qəbul olmuşam.
Bu yaşda yenidən tələbə olmaq məncə çox gözlər hissdir.TƏBRİKLƏR”.