
Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Şəhriyar adına Mədəniyyət Mərkəzində olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu haqda aktyorun yaxın dostu, Xəzər Media Mərkəzinin Baş direktoru, Murad Dadaşov məlumat yayıb.
O bildirib ki, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.
Qeyd edək ki, C.İmanov bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirdikdən sonra vəfat edib.
O, 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.