Azərbaycanı 2010-cu ildə “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Drip-drop” mahnısı ilə təmsil edən, mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub, səhnədən gedən Səfurə Əlizadə həyat yoldaşı ilə tanışlığından danışıb.
O, bu barədə özünün “Youtube” hesabında video yayımlayıb.
S.Əlizadə qeyd edib ki, Fərhad Əliyevlə Türkiyədə tanış olub:
“Türkiyədə evləndik və həyat yoldaşımın işi İstanbulda olduğu üçün buraya köçməyə qərar verdik”.
O, formada qalmasından da danışıb:
“Pəhriz saxlamıram. Məncə, arıq olmaq genetikdir. “Avroviziya” ərəfəsində çəkim indikindən çox idi. Arıqladım. Üç uşağım var. Hər uşaq məndən nəsə alıb, aparır. Mümkün deyil ki, uşaqdan sonra dəyişiklik olmasın”.