Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Onlar Heydər Əliyev Sarayında konsert verməməlidir" - VİDEO

"Onlar Heydər Əliyev Sarayında konsert verməməlidir" - VİDEO

Xanəndə Eldəniz Məmmədov Heydər Əliyev Sarayında konsert vermək istəyən "bayağı" mahnı ifaçılarına etiraz edib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Öz aramızda" proqramında danışıb. 

"Bayağı" mahnı ifaçılarının çoxunun səsi yaxşıdır. Onların qarşısına siyahı qoysan ki, Üzeyir Hacıbəylidən, Cahangir Cahangirovdan, Oqtay Kazımovdan mahnılar oxuyacaqsan, ifa edərlər. Məncə, Heydər Əliyev Sarayında bayağı mahnılar oxumaq olmaz. O saray Azərbaycanın simvoludur. Bəstəkar mahnıları ifa etmək olar. Bayağı musiqini sevən bir kütlə var ki, onlar dərin düşünmək, dərin mahnılara qulaq asmaq istəmirlər.  Buna görə də insanlarımızın zövqünü də korlayıblar" deyə, Eldəniz Məmmədov bildirib.