Rəmiş kimi tanınan Xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Gülü musiqiçinin səhhəti haqda danışıb.
SHOWNEWS.AZ-a açıqlama verən Gülü bildirib ki, sosial şəbəkə və saytlarda Rəmişin müalicəsini kimlərsə üzərinə götürməsi xəbəri həqiqəti əks etdirmir:
"Rəmiş öz pensiyası ilə müalicə olunur. Saytlarda guya kimlərsə onun müalicəsini öz üzərinə götürməsi haqda xəbərlər yayıldı. Bu yalandı".