
Bloger Aysel Şükürova yenidən keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.
Axşam.az xəbər verir ki, bu haqda Aysel özü məlumat yayıb. O bildirib ki, Oqtaya cinayət işi açıblar.
"Növbəti zəfər... Oqtay Əhmədovun mənə atdığı təhqir və böhtana görə barəsində ikinci cinayət işi açdırdıq. Belə ki, CM-nin 147.1 və 148-ci maddələri üzrə Oqtay Əhmədovun hüquqazidd əməllərinə dair şikayət ərizəmizin məhkəmə baxışına verilməsi və cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılması qərara alındı".
Qeyd edək ki, Oqtay sosial şəbəkədə canlı yayım açaraq Ayselin ünvanına təhqirlər yazıb. Aysel qarşı tərəfi məhkəməyə verib. O, eyni zamanda keçmiş həyat yoldaşının əkiz uşaqları üçün aliment ödəmədiyini, onun 20 minə qədər borcu olduğunu deyib.