Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Röya səhnə fəaliyyətinin 25 illiyini qeyd edir - FOTOLAR

Röya səhnə fəaliyyətinin 25 illiyini qeyd edir - FOTOLAR

Xalq artisti Röya Ayxan 25 illik səhnə yubileyinə həsr olunmuş yeni, fərqli və iddialı fotosessiyasını təqdim edib.  

Pop musiqisinin kraliçası bu dəfə tamam fərqli obrazda – qısa və tünd saçlarla kamera qarşısına keçərək illərin təcrübəsini və sənət dəsti-xəttini özündə əks etdirən unikal vizuallarla çıxış edib.  

Bu fotosessiya Röya Ayxanın yaradıcılığının 25 illik mərhələsinə həsr olunub və yubiley çərçivəsində keçiriləcək ardıcıl konsertlər öncəsi təqdim olunub.  

Şəkillərin müəllifi tanınmış fotoqraf Həsən Əliyevdir. Sənətçi həmin görüntüləri şəxsi Instagram hesabında paylaşaraq, “Günahkar kimdir?” sözlərini yazıb. Bu, eyni zamanda sənətçinin yaxın günlərdə təqdim olunacaq yeni mahnısının adıdır.  

Xalq artistinin saç və makiyajı üzərində isə sənət aləmində fərqli imzalarla tanınan stilist Elnur Həsənov çalışıb.