P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombs Nyu-Yorkdakı həbsxanada hücuma məruz qalıb.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, məhbuslardan biri gecə saatlarında reperin kamerasına daxil olaraq bıçağı onun boğazına dirəyib. Hadisə barədə mediaya onun yaxın dostu Çarluççi Fini açıqlama verib. Onun sözlərinə görə, silahlı məhbus reperin kamerasına daxil olaraq onu yatdığı yerdə öldürməyə cəhd edib.
“Dəqiq bilmirəm, onu kim xilas edib – özü müqavimət göstərib, yoxsa mühafizəçilər vaxtında müdaxilə ediblər. Amma belə bir hadisə baş verib. Əgər həmin məhbus istəsəydi, Şon ciddi xəsarət ala bilərdi. Görünür, bu, onu qorxutmaq məqsədi daşıyırdı”, – deyə o bildirib.
Xatırladaq ki, Nyu-York məhkəməsi Kombsu iki maddə – cinsi istismar və fahişəliyə cəlb etmədə təqsirli bilərək ona 4 il 2 ay həbs və 500 min dollar cərimə cəzası vermişdi.