Müğənni Xuraman Şuşalı yaşadığı ərazidə gecə saatlarında tikinti işləri aparılmasından şikayətlənib.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib. O, gecə-gündüz davam edən tikintiyə görə rahatlıq tapa bilmədiklərini qeyd edib:
"Bir saatdır ki, takka-tukdur. Gecə də dayanmırlar. Yaxın binada yaşayanlar nə edir görəsən? Biz hələ tikintidən iki bina aralıdayıq. Artıq ölürük, belə olmaz axı. Heç olmazsa, şənbə və bazar günləri işləməyin. Gecə və gündüz dayanmadan işləyirlər. İnsanların haqqına bu qədər girmək olmaz axı".