Amerikalı məşhur müğənni Britni Spirs yenidən qalmaqallı hadisə ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Bildirilib ki, Spirs Los-Ancelesdəki restoranlardan birində axşamı əylənərək keçirdikdən sonra sərxoş vəziyyətdə avtomobil idarə edib. Hadisə şahidlərinin sözlərinə görə, o, dayanacaqda bir qıza toxunaraq onu yerə yıxıb, daha sonra isə qarşı hərəkət zolağına çıxaraq evinə gedib. Olay paparassilər tərəfindən lentə alınıb.
İddialara görə, müğənninin bu cür davranışı keçmiş həyat yoldaşı Kevin Federlayn tərəfindən yaxın günlərdə yayımlanan xatirə kitabı ilə bağlı ola bilər. Kitabda Federlayn Britni ilə evlilik dövrü barədə bir sıra şəxsi detallar paylaşıb və onu mənfi şəkildə təsvir edib.
Onu da qeyd edək ki, müğənni son vaxtlar 2000-ci illərdəki sərbəst və nəzarətsiz həyat tərzinə qayıtmağa çalışır.