Bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür.
SHOWNEWS.AZ xəbər verir ki, doğum gününü qeyd etməyən yubilyar sevənlərinə sürpriz edib və özəl günündə "Bu qadın" adlı lirik-drammatik yeni mahnısına lentə alınan klipini izləyicilərinin ixtiyarına verib.
Klipin sujet xətti toya hazırlaşan gənc xanımla hərbi xidmətdə olan hərbçinin uğursuz taleyindən bəhs edir. Ekran işinin sonunda şəhid olan əsgər və sevgisi nakam qalan gənc xanımın məhv olmuş həyatı nümayiş olunur.
Mahnının söz və musiqisi MC Murada aiddir.
Türkiyədə lentə alınan ekran işinin rejissoru isə Selim Akardır.