Miss Azərbaycan Səmra Hüseynlidən diqqətçəkən paylaşım: “Qadın sinəsi — ana enerjisinin beşiyidir, şəhvətin yox”
Miss Azərbaycan titulunun sahibi Səmra Hüseynli sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib. O, oktyabr ayının süd vəzi xərçənginə qarşı ümumdünya mübarizə ayı olduğunu xatırladaraq qadın bədəninə hörmət və anlayışla yanaşmağın vacibliyini vurğulayıb:
“Qadın sinəsi — ana enerjisinin beşiyidir, şəhvətin yox.
Bütün ölkələr oktyabr ayını qadın süd vəzi xərçənginə qarşı ümumdünya mübarizə ayı kimi qeyd edir.
Qadın bədəninə bax, amma anla — bu müqəddəs bir evdir, yeni həyatın, dünya həyatının başlanğıc yuvasıdır.
Qadın bədəni istismar üçün yox, ilahi gözəllik üçün yaradılıb.
Şəkildə məna axtaranlar üçündür. Hər bir şəkil bir əsərdir, bir sənətdir — ona gözlə deyil, beyinlə baxın.”
Səmra Hüseynlinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub və bir çoxları onun fikirləri ilə razılaşaraq paylaşıma dəstək ifadə ediblər.