Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İnsult, hipertoniya, ürək patologiyaları, diabet - KASIBLARIN XƏSTƏLİYİ

İnsult, hipertoniya, ürək patologiyaları, diabet - KASIBLARIN XƏSTƏLİYİ

Sosial-iqtisadi statusu aşağı olan insanlarda insultun baş vermə ehtimalı varlı əhali təbəqəsi ilə müqayisədə 33% daha yüksəkdir.

“Qafqazinfo” “Journal of Stroke and Cerebrovascular Diseases” jurnalında dərc olunmuş məqaləyə istinadən xəbər verir ki, bu, Avstraliyanın Tasmaniya Universitetinin alimlərinin araşdırmaları nəticəsində məlum olub. 

Müəlliflər Tasmaniya şəhər sakinlərinin (2022-ci il statistikasına əsasən, 571 mindən çox əhalisi var - red.) 2007-2020-ci illər üzrə tibbi məlumatlarını, o cümlədən xəstəxanaya yerləşdirilmə və ölüm hallarını təhlil ediblər. Araşdırma nəticəsində məlum olub ki, sosial status damar xəstəlikləri riski ilə birbaşa əlaqəlidir.

Tədqiqatçıların sözlərinə görə, aşağı gəlirli insanlarda hipertoniya, ürək patologiyaları, diabet və metabolik pozuntular daha çox müşahidə olunur. Bu əhali qruplarında həmçinin həzm və immun sisteminin xəstəlikləri, bəzən isə hətta gənc yaşlarda onkoloji xəstəliklər daha çox diaqnoz edilir.

Müəlliflər qeyd ediblər ki, bu məsələdə tibbi yardımdan və profilaktik proqramlardan yararlanmaq imkanının məhdud olması da böyük rol oynayır.

Onların fikrincə, səhiyyə xidmətlərindən yararlanmaq üçün bərabər imkanların yaradılması və sosial həssas qruplar arasında profilaktikanın genişləndirilməsi insult və digər ürək-damar xəstəliklərindən ölüm hallarını əhəmiyyətli dərəcədə azalda bilər.