Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ali Məhkəmə Təranə Səmədova ilə bağlı qərar verdi

Ali Məhkəmə Təranə Səmədova ilə bağlı qərar verdi

Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.

 “Qafazinfo” xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib.

Məhkəmə məhkum prodüserin şikayətini qismən təmin edib. Qərara əsasən Tərana Səmədovanın cəzası 6 ildən 5 ilə endirilib. Onunla birgə məhkum edilmiş Rasim Həsənovun şikayəti isə təmin edilməyib. 

Bu qərarla prodüser yaxın müddətdə cəzasının yarıdan çoxunu çəkməsi əsası ilə həbsdən azad edilə bilər. 

Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apöellyasiya Məhkəməsi hökmü dəyişməyib.