"Övladlarınızı musiqiyə qoymayın. Qoymayın bu sənəti öyrənsinlər. Öyrənsələr də toylara qoymayın getsinlər. Ansambl, orkest və musiqi məktəblərində çalışsınlar".
Axşam.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib. Musiqiçi valideynlərə səslənib. O bildirib ki, övladlarını musiqidən uzaq tutsunlar:
"Çünki musiqiçilərə hörmət yoxdur. İndi hörmət omba qoyduran, əxlaqsızlıq edən qadınlaradır. Onlara hörmət edir, orda yox, burada otur deyirlər. Az qalır musiqiçilərə desinlər ki, burada oturmaq olmaz. Biabırçılıqdır. Qoyun uşaqlarınız elm, başqa sənət öyrənsinlər. Hər gün bir şey öyrənirəm. Yaxşı ki, Bakı kəndləri və ziyalı insanlar var. Onlar musiqiyə hörmət qoyurlar".