Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şirkət Ayselin mahnısından yarım milyon dollar qazanıb

Şirkət Ayselin mahnısından yarım milyon dollar qazanıb

Müğənni Aysel Əlizadə "Yandırdın qəlbimi" mahnısından gələn gəlirdən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "İncə səhər" proqramında bu gəlirin ona qismət olmadığını deyib. Aysel bildirib ki, bir türk şirkəti onu aldadıb və pulu özü mənimsəyib:

"7 il əvvəl yutubda yayımlananda izləmə 45 milyon idi. Yutub kanalım bağlanmasaydı 140 milyonu keçərdi. Yanlış addımlarımdan oldu. Müqavilə bağladım, yazılmışdı ki, mahnını şirkətə bağışlayıram. Buna da fikir verməmişəm. Türk dilini yaxşı bilmədiyim üçün imza atdım. Bundan sonra da baş verdi. Şirkət indi mənim pulumla dolanır. İlk mənim mahnımla çıxdı. Buradan heç bir şey qazanmadım.

Mənə bunu yaşadan insan zəng vurdu ki, halallıq ver, əməliyyat olunuram. Dedim ki, kanalımda videonu bərpa et, halallıq verirəm. Videonu bərpa etdilər, əməliyyatdan çıxandan sonra yenidən kanalımı bağlatdırdı. Mahnıma görə həmin şirkət 8 il içində yarım milyon dollardan çox qazanıb".