Müğənni Samirə Rəcəblinin ad günü xüsusi təmtəraqla qeyd edilib.
Sənətçinin 45 yaşını qeyd etdiyi məclisdə onun yaxınları və sənət dostları iştirak ediblər. Qonaqlar arasında bəstəkar Aynur Adilqızı, rejissor klipmeyker Nail Naiboğlu yer almışdılar. İfaçı doğum gününə özəl, yeni "Sevə-Sevə" adlı mahnısını təqdim edib.
Mahnının musiqisi və sözləri bəstəkar Gülnar Sultanovaya , aranjimanı isə Şahin Tayfuna məxsusdur. Fərqli imidjda çəkilən muğənninin "Sevə-Sevə" klipinə isə rejissor Rəşad Ömür imza atıb.
Gecənin ən çox diqqət çəkən məqamı isə yubilyar Samirə Rəcəblinin gənc görünüşü olub. Samirə Rəcəblinin özü də tədbir zamanı bir açıqlama verib. O bildirib ki, bu günə qədər heç bir estetik və ya plastik əməliyyat etdirməyib. Gənc qalmağının sirri, sağlam qida, idman və 30 ilə yaxın qırmızı ətdən uzaq olmağıdır.