Meyxanaçı Samirənin başına xoşagəlməz hadisə gəlib.
SHOWNEWS.AZ xəbər verir ki, 1 ildir davam edən karantində pulsuzluqdan əziyyət çəkən meyxanaçı Samirə məcburiyyətdən şəxsi avtomobili ilə taksi kimi fəaliyyət göstərib. Lakin heç də bu iş ona səhnədə göstərilən diqqət və qayğı kimi eyni olmayıb.
Belə ki, meyxanaçının avtomobilinə əyləşən xanım sərnişin ilə mübahisə yaranıb. Bu haqda Samirə Dalğa TV-də "Günə bir şou" verilişində danışıb:
"Avtomobilə bir xanım əyləşdi. Onu 5 ünvana aparmalı və sonra yenidən başlanğıq məntəqəyə çatdırmalı idim. Birinci ünvana apardım. Dedi gözlə gəlirəm. 20 dəqiqə sonra gəldi. Dedim ki, xanım siz hər ünvanda 20 dəqiqə yubansanız mən günün sonu evimə çörək pulu apara bilməyəcəyəm. Mənə qayıtdı ki, bu sənin işindir.
Maşını kənara verib ondan avtomobili tərk etməsini xahiş etdim. Məni təhqir etməyə başladı. Aramızda böyük mübahisə yarandı".
Yaşadığı bu xoşagəlməz hadisədən sonra meyxanaçı sərnişin xanımı polisə şikayət edib. Məlum olub ki, sərnişin də taksi kimi çalışan meyxanaçıdan şikayətçi olub.
"Polislərə dedim ki, kameraları açın. Əgər mən onu bir barmağımla toxunmuşamsa, bütün məsuliyyəti üzərimə götürməyə hazıram".