Türkiyəli məşhur aktrisa Beren Saatın baş rolda oynadığı və iddialı səhnələrlə gündəmə gələn “Gizli profil” filmi nümayişinə bir neçə gün qalmış təqvimdən silinib.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 19-da böyük ekranda olacağı açıqlanan filmin birdən-birə siyahıdan silinməsi böyük sürpriz olub
Tanınmış jurnalist Birsen Altuntaşın xəbərinə görə, istehsalat qrupu qərarın səbəbini “adekvat hazırlıqların tamamlanmaması” ilə izah edib.
Digər iddialara görə isə filmin yayımdan qaldırılmasına səbəb açıq-saçıq səhnələr, aktrisanın cinsi azlıq nümayəndəsi obrazını canlandırılması olub.
Hələlik filmin yeni buraxılış tarixi məlum deyil.