Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bir neçə ay əvvəl 40 yaş kiçik xanımla evlənən Mehmet Əli Ərbil boşanır

Bir neçə ay əvvəl 40 yaş kiçik xanımla evlənən Mehmet Əli Ərbil boşanır

Bu ilin avqustunda 28 yaşlı Gülseren Ceylanla evlənən 68 yaşlı şoumen Mehmet Əli Ərbil boşanır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülseren Ceylan bir həftə əvvəl evdən ayrılıb. Bundan sonra Ərbil, vəkili Şeyda Yıldırıma boşanma ilə bağlı səlahiyyət verib.

Boşanma işi bazar ertəsi günü məhkəməyə təqdim olunacaq.

Cütlük evliliklərinin bir ili tamam olmadığı üçün razılıq yolu ilə boşanmaları mümkün deyil. Lakin tərəflər arasında mal ayrılığı müqaviləsi olduğu üçün onların bir-birindən maddi tələb irəli sürmək hüququ yoxdur.

Ayrılığın əsas səbəbi kimi yaş fərqindən qaynaqlanan fikir ayrılıqları və davamlı mübahisələr göstərilir.

Qeyd edək ki, bu, şoumenin 6-cı evliliyidir. Bir müddət əvvəl Ərbil Gülsereni təhqir etmək, maddi ziyan vurmaq ittihamı ilə məhkəməyə vermişdi.