Azərbaycan şou-biznesinin pop kraliçası Aygün Kazımovaya süni zəka vasitəsilə hazırlanmış yeni mahnı həsr olunub. Layihədə müasir texnologiyanın imkanlarından istifadə edilsə də, mahnının əsas ilham mənbəyi Aygün Kazımovanın illərdir formalaşdırdığı sənət yolu və musiqi irsidir.
Qeyd edək ki, mahnının yaradılmasında süni zəka yalnız texniki vasitə rolunu oynayıb. Əsərin ideyası və emosional yükü Aygün Kazımovanın Azərbaycan musiqisində yaratdığı unikal üslub, enerjisi və sənətə verdiyi töhfələr üzərində qurulub.
Mahnı sənətçiyə olan hörmət və heyranlığın ifadəsi kimi təqdim olunur.